Modern.az

Gəncədə ilk kinoteatr açılır

Gəncədə ilk kinoteatr açılır

Təhsil

1 Aprel 2016, 18:10

Uzun zamandır gözlənilən bir yenilik nəhayət ki baş tutdu! Beləki Azərbaycanın ikinci ən böyük şəhəri sayılan Gəncədə müasir, ən yüksək keyfiyyətlə inşa edilmiş kinoteatr öz qapılarını yerli sakinlərin üzünə açır. Bu ilki Azərbaycanın premium kinoteatrı “CinemaPlus” həyata keçirdi. "Xəmsə Park" adlı məkanda yeni istifadəyə verilən Xəmsə Park Ticarət Mərkəzinin  4-cü mərtəbəsində “CinemaPlus Xəmsə” kinoteatrı kinosevərlərin ixtiyarına verilir.

“CinemaPlus Xəmsə” ən yeni Barco nəslindən olan proyektorlar, yüksək parlaqlığa malik kinoekranlar və səs sistemləri ilə təhciz olunub. Məhs bu texnologiyanın istifadəsi nəticəsində yüksək keyfiyyətli görüntü almaq mümkün oldu ki, bu da tamaşaçıların zövqünü oxşayaraq tez bir zamanda “CinemaPlus Xəmsə” kinotetrını sakinləri sevdiyi məkana çeviriləcək.

Həmçinin, “CinemaPlus Xəmsə” kinoteatrında Türk və xarici ölkələrinin festivallarının keçirilməsi, məşhur simaların dəvət olunması planlaşdırılır. Əsas diqqət cəlb edən məqam odur ki, kinoteatrda dünya ilə eyni gündə premyeralar göstəriləcək.

 “CinemaPlus Xəmsə” 461 yerdən  və 5 zaldan ibarətdir.  Kinoteatrın zalları Avropa istehsalı olan yüksək dərəcəli rahat kreslolarla  təchiz edilmişdir. Xüsusi ilə qeyd etmək olar ki, dünyada 500-dən çox kinoteatrı dizayn işlərini reallaşdıran Kanadanın “Mesbur+Smith Architects” şirkəti “CinemaPlus Xəmsə” kinoteatrının da dizayn işlərini tam olaraq görmüşdür.

Bundan əlavə VİP zalda tamaşaçılar şəxsi masalı kreslolarda film izləmək, kinoseans zamanı qida və içkilər sifariş etməyə imkan yaradan VIP Bar-dan istifadə etmək və kino izləyərkən mobil telefonlarını kreslolarda xüsusi quraşdırılmış USB avadanlığının köməyi ilə cərəyan etmək şansı da əldə edəcək. 

Kinosevərlərə unudulmaz anlar və mükəmməl istirahət bəxş etmək yalnız bununla bitmir. Təbii ki, əla film izləmək və bu istirahətdən həzz almaq popkorn  və sərin içkilərsiz mümkün deyil. Belə ki, burada rahat və xoş istirahət üçün geniş çeşidə malik  4 popkorn növü, şəkər pambığı, buzlu alkaqolsuz kokteyllər, və.s  sərinləşdirici içkilərin  satışı üçün 2 kinobar fəaliyyət göstərir.

Qiymətlərə nəzər yetirdikdə, görmək olar ki, Bakıda fəaliyyət göstərən kinoteatrlardan xeyli aşağıdır.

Seanslar

Vaxt

Format

Qiymət

Format

Qiymət

Səhər

10:00-12:00

2D

2 azn

3D

3 azn

Günorta

12:00-18:00

2D

3 azn

3D

4 azn

Axşam

18:00-00:00

2D

5 azn

3D

6 azn

 

VİP

Seansların vaxtından və formatından asılı olmayaraq

15 azn


Kino nümayişlərindən əlavə olaraq, kinoteatrın digər əsas məqsədi reklam cəlb etməkdir. Bununla bağlı Gəncədə fəaliyyət göstərən şirkətlər üçün xüsusi reklam təklifləri hazırlanır.

“Cinema plus” MMC paytaxtdan başqa digər regionlarda da yeni kinoteatrların təşkil edilməsini planlaşdırır. İlkin olaraq Gəncə şəhərində 2 kinoteatrın fəaliyyətə başlaması nəzərdə tutulub. Bu da regionlarda hər kinoteatrda təxminən 100 yeni iş yerinin açılışı və regionlarda reklam bazarının genişlənməsinə səbəb olacaqdır. Eyni zamanda, bölgələrdə yaşayan tamaşaçılar Azərbaycan və xarici kinematoqrafçıların yaradıcılığından bəhrələnəcək. Ümumiyyətlə, kinoteatr şəbəkəsinin inkişafı insanların əyləncə imkanlarını artıraraq əhalinin asudə vaxtlarının daha səmərəli keçirilməsinə köməklik göstərəcəkdir.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır. 


 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?