Rusiyada yaşayan azərbaycanlı müğənni, iş adamı Emin Ağalarov “İnstagram”da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və övladları ilə birlikdə şəklini paylaşıb. Modern.az saytı xəbər verir ki,, Emin Ağalarov paylaşdığı fotonun altında yazdığı şərhdə Leyla Əliyevaya təşəkkür edib.
"Dostluğuna, düşüncəli olmağına, dəstəyinə və balaca möcüzə oğlanlara sənə təşəkkür edirəm Leyla", - Emin şərhdə yazıb.
Qeyd edək ki, Leyla Əliyeva ilə Emin Ağalarov 2006-cı il, aprelin 30-da ailə qurublar. 2015-ci ilin mayında isə cütlük ayrılıb. Onlar dost olaraq qalacaqlarını bildiribilər. Ötən ilin iyul ayında Leyla Əliyeva valideyn himayəsindən məhrum olan körpə qızıövladlığa götürüb. Onun adı Əminədir.
Modern.az