
2 aprel tarixi Kəlbəcərin işğal günüdür. Düz 23 ildir ki, bu rayon Ermənistanın tapdağı altındadır.
Ancaq bu gün Kəlbəcərin işğal hər olduğu kimi deyil, fərqli şəkildə anılır. İnsanlar 2 apreli bundan əvvəlki illərdə olduğu kimi yas mərasimlərinə oxşar tərzdə qeyd etmirlər.
Cəbhədən xəbərlər gəlir... İllərlə xalqın aclıq duyduğu xəbərlər. ..
Azərbaycan xalqı qələbələrin acıdır.
İndi bütün Azərbaycanın diqqəti cəbhə bölgəsinə yönəlib.
Ağdam, Tərtər, Goranboy, Cəbrayıl, Füzuli, Xocavənd, Göygöl...
Kəlbəcərə gedən yollar bu bölgələrdən keçir. İndi Kəlbəcərlilərə Kəlbəcərdən çox bu bölgələrin azad olunması çox lazımıdr.
Kəlbəcərin işğal günü Kəlbəcərə gedən yolların açılması onlar üçün dünyanın ən böyük, ən sevincli, əvəzedilməz xəbəri olardı...
İndi hamı anlayır ki, biri-birimizə “növbəti ili Kəlbəcərdə keçirək” kimi arzuların vaxtı deyil.
İndi bu arzuların gerçəkləşdirilməsi vaxtıdır. İndi hamımız buna hazır olmalıyıq.
İndi bunun vaxtıdır.
Bu səhər erməni tərəfindən də hay-küylü xəbərlər yayılır... Erməni tərəfi Azərbaycana məxsus bir helikopterin vurulduğunu iddia edirlər..
Ötən gecədən başlayaraq Qarabağda cəbhə xəttinin müxtəlif istiqamətlərində şiddətli toqquşmaların başlayıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, toqquşmalar zamanı tərəflər ir çaplı silahlarla yanaşı, artilleriya, aviasiya və tanklardan da istifadə edir.
Artıq yaranmış situasiya ilə bağlı Dağlıq Qarabağ ermənilərinin səfərbərlik elan etdiyi bildirilir.
Cəbhə xəttindəki döyüşlər barədə qarşıdakı saatlarda Azərbaycan tərəfinin rəsmi məlumat veriləcəyi gözlənilir.
Erməni silahlı bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozması nəticəsində bir nəfər sakin həlak olub, biri isə yaralanıb.

APA-nın Qarabağ bürosunun məlumatına görə, ermənilərin ötən gecə ağır arteleriyyadan açdığı atəş nəticəsində Tərtərin Qarağacı kəndində məckunlaşmış məcburi köçkün Cəlal Rəhimovun yaşadığı evə mərmi düşüb. Nəticədə C. Rəhimov həlak olub, onun oğlu Orxan Rəhimov isə ayaqlarını itirib.
Ağdamın Baharlı qəsəbəsində isə icra nümayəndəsinin müavini Muxtar Məmmədovun evinə mərmi düşüb, xəsarət alan yoxdur.
Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin ermənilər tərəfindən vurulması barədə Ermənistan mətbuatında yazılanlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib ki, bu barədə yayılan məlumatlar kökündən yalandır: “Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus aviasiya dəstələri tam heyətdə yerindədir”
Hər yer Qarabağ, hər an Qarabağ, hamı Qarabağ!!!
Allah köməyimiz olsun!!!
Modern.az