Modern.az

Almaniya tərəfləri atəşi dayandırmağa çağırdı

 Almaniya tərəfləri atəşi dayandırmağa çağırdı

Təhsil

2 Aprel 2016, 20:00

 

Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsindən narahatçılığını ifadə edib. AFR diplomatiyasının rəhbəri tərəfləri hərbi əməliyatları dayandırmağa çağırıb. Modern.az saytı “report”a istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir. Bəyanatda qeyd olunur ki, “münaqişə tərəfləri döyüşləri dayandırmalı və atəşkəs rejiminə tam həcmdə riayət etməlidirlər".

Ştaynmayerin fikrincə, Azərbaycan və Ermənistan Minsk qrupu çərçivəsində aparılan danışıqlara qayıtmaq üçün lazımi siyasi iradə nümayiş etdirməlidir.

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?