Modern.az

Cəbhədə gərginlik davam edir

 Cəbhədə gərginlik davam edir

Təhsil

2 Aprel 2016, 20:16

 

Cəbhə xəttində gərginlik davam edir. Modern.az saytı xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hal-hazırda Ağdam, Füzuli və Tərtər rayonlarında təmas xəttində döyüşlər davam etdirilir.  

Qeyd edək ki, aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.   Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.  

Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?