Modern.az

ATƏT-in himayəsi altında Moskvada Qarabağ üzrə danışıqlar keçirilməsi təklif edilir

 ATƏT-in himayəsi altında Moskvada Qarabağ üzrə danışıqlar keçirilməsi təklif edilir

Təhsil

2 Aprel 2016, 21:03

 

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in himayəsi altında Moskvada danışıqlar aparılması məntiqlidir. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bu təkliflə Rusiya Dövlət Dumasının vitse-spikeri Aleksandr Romanoviç münaqişə zonasındakı situasiyanın gərginləşməsindən sonra çıxış edib.

“İndiki şəraitdə yubanmadan atəşi dayandırmaq və danışıqlara getmək lazımdır. Azərbaycan və Ermənistanla Rusiyanın sıx əlaqələrinin olduğunu nəzərə alaraq danışıqları Moskvada, hətta ATƏT-in himayəsi altında təşkil etmək daha məntiqli olardı”, - Romanoviç deyib.

Onun fikrincə, indiki situasiyanı araşdırmaq və günahkarı müəyyənləşdirmək vacibdir, çünki qan tökülür və insanlar əziyyət çəkirlər.

  Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?