Aprelin 2-si axşam saatlarında Azərbaycan prezidenti İlham Əliyev Bakıya qayıdıb. Modern.az saytı xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi saytı məlumat verib.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Nüvə təhlükəsizliyi sammitində iştirak etmək üçün ABŞ-a səfərə yollanmışdı. Səfər çərçivəsində dövlət başçısı bir sıra mühüm ikitərəfli görüşlər keçirib.
Modern.az