Modern.az

Kerri tərəfləri danışığa ÇAĞIRDI

Kerri tərəfləri danışığa ÇAĞIRDI

Təhsil

3 Aprel 2016, 01:20

“ABŞ Qarabağ münaqişəsi zonasında sülhün pozulmasını qətiyyətlə pisləyir və tərəfləri təmkinli olmağa çağırır”.

Modern.az saytı “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Amerikanın dövlət katibi Con Kerri belə bəyanatla çıxış edib.  

ABŞ Dövlət Departamentinin başçısı bildirib ki, konfliktin hərbi yolla həlli yoxdur. Onun sözlərinə görə, ABŞ ABŞ Dağlıq Qarabağda qoşunların təmas xətti boyunca atəşkəs rejiminin pozulmasını və mülki əhalinin öldürülməsini pisləyir.  

O, ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ-ın dayanıqlı sülh üçün çalışdığını da vurğulayıb.

“ABŞ həmsədr ölkə olaraq  dayanaqlı və razılaşdırılmış sülhə nail olmaq üçün münaqişə tərəfləri ilə işləməyə sadiqdir  

Yerlərdə vəziyyət stabil deyil. Tərəflər dərhal  münaqişənin hərtərəfli həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəsi ilə danışıqlara başlamalıdır”.

Qeyd edək ki, Azərbayca ordusu cəbhədəki döyüşlərdə 12 şəhid verib.  

Aqşin KƏRİMOV


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?