Modern.az

Sabahın hava PROQNOZU - yağış yağacaq

Sabahın hava PROQNOZU - yağış yağacaq

Təhsil

3 Aprel 2016, 14:15

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, aprelin 4-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Mülayim şimal-qərb küləyi günün ikinci yarısında cənub küləyi ilə əvəz olunacaq. havanın temperaturunun gecə 4-7° isti, gündüz 9-13° isti olacağı ehtimalı var.

Azərbaycan rayonlarında arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 2-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 3-5° şaxta, gündüz 0-3° şaxta olacağı ehtimalı var.

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?