Modern.az

“Bu möhtəşəm qələbənin mahiyyəti hələ bir qədər sonra dərk olunacaq”

“Bu möhtəşəm qələbənin mahiyyəti hələ bir qədər sonra dərk olunacaq”

Təhsil

3 Aprel 2016, 16:19

Azərbaycan ordusunun aprelin 2-nə keçən gecə təmas xəttində göstərdiyi şücaət geniş müzakirə mövzusudur.                 

Məlumat üçün bildirək ki, düşmənlə döyüşlərdə Azərbaycan 12 şəhid verib. Müdafiə Nazirliyi bəyan edib ki, Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Tərtər istiqamətindəki Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.

Bununla paralel olaraq Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.

Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında Azərbaycan ordusunu və xalqını bu böyük qələbə münasibəti ilə təbrik edib.  

Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biri, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanın Belarusdakı sabiq səfiri, professor Əli Nağıyev mövzu barədə Modern.az saytına danışıb.  

O bildirib ki, bu möhtəşəm qələbə münasibəti ilə bütün Azərbaycan vətəndaşları bir-birini təbrik etməlidir.

“Azərbaycan ordusu cəbhədə böyük cəsarət nümayiş etdirdi, şücaət göstərdi. Allah şəhidlərimizə rəhmət eləsin! Bu qələbə münasibəti ilə bütün vətəndaşlarımız bir-birini təbrik etməlidir”.

Əli Nağıyevin sözlərinə görə, bu möhtəşəm qələbənin mahiyyəti hələ bir qədər sonra tam mənada dərk olunacaq. 

“Ordumuza daha böyük qələbələr, xalqımıza daha böyük sevinclər arzu edirəm”,deyə eks-nazir əlavə edib.  

Aqşin KƏRİMOV


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?