Modern.az

Saakaşvili Qarabağdakı döyüşlərə görə Putini günahlandırdı

Saakaşvili Qarabağdakı döyüşlərə görə Putini günahlandırdı

Təhsil

3 Aprel 2016, 17:09

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Azərbaycan-Ermənistan cəbhə xəttində yaşanan gərginliklə bağlı çıxış edib. Modern.az-ın xəbərinə görə , Facebook sosial şəbəkəsindəki profilində status yazan Şaakaşvili Qarabağdakı gərginlikdə Rusiyanı günahlandırıb:

“Münaqişə indi nə Ermənistan, nə də Azərbaycan üçün sərfəlidir. Bu, daha çox Putinin Azərbaycan və Türkiyəyə qarşı təxribatına bənzəyir. Çünki Moskva hadisələrin bu cür inkişafına çoxdan hazırlaşır. Rusiya çoxdan və intensiv olaraq hər iki tərəfi silahlandırır. Bu dövlət son illər təcili şəkildə sırf hərbi təyinat üçün Azərbaycana ən tez şəkildə müdaxiləni təmin edəcək Dağıstandan Gürcüstana yol çəkdi”.
 
Odessa qubernatorunun sözlərinə görə, belə bir situasiyada bütün liderlər ehtiyatlı davranmalı və dözümlülük nümayiş etdirməlidirlər.

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?