Modern.az

BQXK-dən cəbhədəki döyüşlə bağlı BƏYANAT: “Öhdəliklər var”

BQXK-dən cəbhədəki döyüşlə bağlı BƏYANAT: “Öhdəliklər var”

Təhsil

3 Aprel 2016, 19:15

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK), Dağlıq Qarabağ münaqişəsinin təmas xətti boyu baş verən döyüşlərin 2 aprel 2016-cı il tarıxdə gərginləşən humanitar təsirlərindən narahatdır.

BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynovanın Modern.az saytına verdiyi məlumata görə, zərər çəkənlər arasında mülki şəxslər də var.

Eyni zamanda BQXK-nın Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Patrik Vial deyib ki, biz son gərginliyin təsir etdiklərinə yardım və dəstək göstərməyə, həmçinin tərəflər arasında neytral vasitəçi olmağa hazırıq.

“Bütün münaqişə tərəflərinin beynəlxalq humanitar hüququn qaydalarına riayət etmək barədə öhdəlikləri var. Bu qaydalara görə, tərəflər mülki şəxslərin həyatının və mülki infrastrukturun müdafiəsini təmin etməlidirlər,” deyə o, əlavə edib.

BQXK, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildən bəri regionda fəaliyyət göstərir. Bakı və Yerevandakı nümayəndəlikləri və həmçinin Dağlıq Qarabağdakı missiyasının vasitəsilə BQXK, təmas xətti və Azərbaycan-Ermənistan beynəlxalq sərhədi boyu yaşayan icmalara dəstək verir.

Bundan əlavə, BQXK, münaqişə nəticəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasında yardımçı olur və onların ailələrinə dəstək verir, saxlanılan şəxslərə baş çəkir və münaqişə tərəflərin azad etdiyi insanların geri qaytarilmasında neytral vasitəçi qismində iştirak edir.  

Gülşən RAUQIZI

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?