Dağlıq Qarabağdakı separatçı rejimin ordusu Azərbaycanla sülh müzakirələrinə hazır olduğunu bəyan edib. Modern.az-ın Ermənistan mediasına istinadən verdiyi xəbərə görə, düşmən tərəfi iddia edir ki, müzakirələr qoşunların təmas xəttində əvvəlki mövqelərin bərpası kontekstində ola bilər.
Bu bəyanatla Qarabağdakı sepratçı rejimin adından Ermənistan Müdafiə Nazirliyinin çıxış etməsi bir daha sübut edir ki, Azərbaycan ordusu düşmənə çox ağır zərbə vurub. Bu həm də o deməkdir ki, Qarabağdakı erməni separatçılarını dəstəkləyən Ermənistan hakimiyyəti bundan sonra döyüşlərin davam edəcəyi təqdirdə itkilərinin daha böyük olacağını anlayıb.
Modern.az