Modern.az

Zakir Qaralov Bəxtiyar Vahabzadənin oğlunu Abşerondan çıxarıb Qobustana prokuror təyin etdi

Zakir Qaralov Bəxtiyar Vahabzadənin oğlunu Abşerondan çıxarıb Qobustana prokuror təyin etdi

20 Sentyabr 2011, 12:22

Baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə prokurorluq orqanlarında kadrların yerdəyişməsi həyata keçirilib. Modern.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

Baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Bakı şəhər prokurorunun müavini Qənimət Səfərov, Abşeron rayon prokuroru vəzifəsini icra edən Azər Vahabzadə və Qobustan rayon prokuroru İlham Məmmədov tutduqları vəzifədən azad olunublar. Qənimət Səfərov Abşeron, Azər Vahabzadə Qobustan və İlham Məmmədov Xızı rayon prokuroru vəzifələrinə təyin olunublar.

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə