Modern.az

Dövlət qulluğunun tutulması üçün keçirilən müsahibədə 94 nəfər uğur qazanıb

Dövlət qulluğunun tutulması üçün keçirilən müsahibədə 94 nəfər uğur qazanıb

22 Dekabr 2009, 12:07

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan etdiyi müsahibəni yekunlaşdırıb. Komissiyadan Modern.az-a verilən məlumata

görə, 23 oktyabr tarixdə elan edilmiş müsahibəyə 25 dövlət orqanında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan 224, 31 oktyabr tarixdə elan edilmiş müsahibəyə isə 3 dövlət orqanında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan 3 vakant dövlət qulluğu vəzifəsi çıxarılıb. Müsahibədə iştirak etmək istəyən 194 (42-si qadın, 152-si isə kişi) namizəd qeydə alınıb.

Namizədlərlə müsahibə noyabrın 20-dən dekabr 18-dək aparılıb. Qeydiyyatdan keçmiş 194 namizəddən 5-i müsahibədə iştirak etməyib. Müsahibədə iştirak edən 189 namizəddən 25-i qadın olmaqla 94-ü müsahibəni uğurla başa vurub və müvafiq vəzifələrə təyin olunmaq üçün dövlət orqanlarının rəhbərlərinə təqdim edilib.

Müsahibənin yekununa görə aşağıdakı nəticələr əldə edilib:

1) Müsahibəyə ən çox vakant vəzifə çıxaran dövlət qurumu - Əmlak Məsələləri Dövlət Komitəsi (227 vakant dövlət qulluğu vəzifəsindən 38-i (16.74%));

2) Ən çox namizədin qeydə alındığı dövlət orqanı - İqtisadi inkişaf Nazirliyi (ümumilikdə qeydə alınan 194 namizəddən 56-sı (28.87%));

3) Heç bir namizədin qeydə alınmadığı dövlət orqanları - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (müsahibəyə 2 vakant vəzifə çıxarılmışdı), Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (müsahibəyə 1 vakant vəzifə çıxarılmışdı), İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) (müsahibəyə 1 vakant vəzifə çıxarılmışdı), Naftalan Şəhər Məhkəməsi (müsahibəyə 1 vakant vəzifə çıxarılmışdı), Xızı Rayon Məhkəməsi (müsahibəyə 1 vakant vəzifə çıxarılmışdı);

4) Ən çox namizədin uğur əldə etdiyi dövlət orqanı – İqtisadi inkişaf Nazirliyi (Nazirlik üzrə qeydiyyatdan keçmiş 56 namizəddən 35-i (62.50%));

5) Heç bir namizədin keçmədiyi dövlət orqanları – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (7 namizəd), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (1 namizəd) və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi (1 namizəd).

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat