Modern.az

Nazir müavininin oğlu Heydər Əliyev Mərkəzinə direktor təyin edildi

Nazir müavininin oğlu Heydər Əliyev Mərkəzinə direktor təyin edildi

Ölkə

10 İyul 2012, 18:44

Prezident İlham Əliyev bu yaxınlarda açılışı olan Heydər Əliyev Mərkəzinə direktor təyin edib.

Modern.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə,  ölkə başçısı Anar Sahib oğlu Ələkbərovun Heydər Əliyev Mərkəzinin direktoru təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, Anar Ələkbərov hazırda vergilər nazirinin müavini postunu tutan, Səbail rayonu İcra Hakimiyyətinin sabiq başçısı Sahib Ələkbərovun oğludur.

Anar Ələkbərov bu təyinatadək Heydər Əliyev Fondunun icraçı direktoru vəzifəsini tuturdu.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə