Modern.az

Azərbaycanda vaksinə xərclənən vəsait 500 MİLYONA ÇATIR

Azərbaycanda vaksinə xərclənən vəsait 500 MİLYONA ÇATIR

Ölkə

3 Dekabr 2021, 20:37

İndiyədək COVID-19 infeksiyası ilə mübarizə çərçivəsində səhiyyə sisteminə yönəldilən vəsaitin həcmi açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Milli Məclisdə 2022-ci il üçün dövlət büdcəsi haqqında qanun layihəsinin üçüncü oxunuşda qəbulundan sonra çıxışında bildirib.

 

Ə.Əsədov deyib ki, indiyədək COVID-19 infeksiyası ilə mübarizə çərçivəsində təkcə səhiyyə sisteminə 1,6 mlrd. manatdan çox vəsait yönəldilib.

 

Qeyd edək ki, pandemiya ilə mübarizədə əhalinin vaksinasiyası üçün bugünədək 433 mln. manat vəsait ayrılıb.

Sizə yeni x var
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!