Modern.az

Yol polisi sistemində 32 əməkdaş xidmətdən qovulub

Yol polisi sistemində 32 əməkdaş xidmətdən qovulub

10 Dekabr 2012, 15:10

10 nəfər isə yol polisində tutduğu vəzifədən azad olunub


“Bu ilin 9 ayı ərzində Yol Polisi Sisteminin  32 əməkdaşı xidmətdən xaric olunub”. Bunu Modern.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib. Həmçinin, şöbə rəisi 10 nəfərin yol polisində tutduğu vəzifədən azad olunduğunu bildirib.

K.Əliyev xatırladıb ki, 2011-ci il ərzində  Yol Polisi Sisteminin 39 əməkdaşı daxili işlər orqanlarından, 20 nəfər isə tutduğu vəzifədən azad olunmuşdu.

Anar Kəlbiyev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi