Modern.az

Türkiyə qardaşı Azərbaycanın yanındadır - Ərdoğan

Türkiyə qardaşı Azərbaycanın yanındadır - Ərdoğan

Ölkə

27 Yanvar 2023, 16:50

"Azərbaycanın Tehrandakı səfirliyində mühafizə əməkdaşının şəhid olduğu hücumu şiddətlə qınayıram".

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviter hesabında yazıb.

 

"Azərbaycanlı qardaşlarımıza başsağlığı verir, yaralılara şəfa diləyirəm. Türkiyə can dostu və qardaşı Azərbaycanın yanındadır", - deyə Ərdoğan dəstək paylaşımında vurğulayıb.

 

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə