Modern.az

Azərbaycanlıların təxliyəsi davam edir - Səfirlikdən müraciət

Azərbaycanlıların təxliyəsi davam edir - Səfirlikdən müraciət

9 Fevral 2023, 12:34

Azərbaycanın Türkiyədəki səfirliyi vətəndaşlarımıza müraciət edib.

 

Modern.az xəbər verir ki, bu barədə səfirlikdən bildirilib.

 

Qeyd olunub ki, təxliyə avtobusu bu gün, fevralın 9-da saat 14:00-də Qaziantep vilayəti avtovağzalından Azərbaycana yola düşəcək.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Təbii fəlakət zamanı ölənlərin sayı 12 873 nəfərə çatıb. Son məlumatlara görə, yaralı sayı 62 937 nəfərdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?