Modern.az

Ceyhun Bayramov Mirzoyanla görüşəcək? - XİN-dən açıqlama

Ceyhun Bayramov Mirzoyanla görüşəcək? - XİN-dən açıqlama

Ölkə

9 Fevral 2023, 16:36

“Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyanın yaxın gələcəkdə görüşmələrinə dair hələ ki məlumat yoxdur”.

 

Modern.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

 

Onun sözlərinə görə, görüşlə bağlı məlumat hələlik təsdiqlənməyib.

 

Qeyd edək ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan fevralın 8-də bildirmişdi ki, yaxın vaxtlarda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla növbəti görüş planlaşdırılır.

Sizə yeni x var
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir