Modern.az

Zelenski İlham Əliyevə ZƏNG ETDİ 

Zelenski İlham Əliyevə ZƏNG ETDİ 

15 Fevral 2023, 23:32

Fevralın 15-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən bildirilib.

 

Telefon danışığı əsnasında Ukrayna Prezidenti ölkəsinin ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə və göstərilən humanitar yardımlara görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

 

Söhbət zamanı dövlət başçıları beynəlxalq platformalarda əməkdaşlıq məsələsini də müzakirə ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?