Modern.az

XİN başçısı Dohada BMT konfransına qatıldı - FOTOLAR

XİN başçısı Dohada BMT konfransına qatıldı - FOTOLAR

5 Mart 2023, 16:26

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qətərdə ölkəmizin donor tərəfdaş qismində təmsil olunduğu ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransının (LDC5) açılış mərasimində iştirak edir.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

 

“Ölkəmizin donor tərəfdaş qismində təmsil olunduğu Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransın (LDC5) beynəlxalq yardıma ən çox ehtiyac duyulan yerlərdə davamlı inkişafı sürətləndirmək üçün bir fürsətdir”, - XİN-dən bildirilib.

 

Qeyd edək ki, Ceyhun Bayramov dünən Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransında (LDC5) iştirak etmək üçün Qətər Dövlətinə işgüzar səfərə yola düşüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat