Modern.az

Azərbaycanda su qıtlığı var - Akademik

Azərbaycanda su qıtlığı var - Akademik

Ölkə

6 Mart 2023, 11:42

Bu gün Azərbaycanda su qıtlığını hiss edirik.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İradə Hüseynova TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının Bakıda keçirilən iclasında deyib. 

 

“Biomüxtəlifliyin qorunması üçün işlər aparılır. Bu gün su qıtlığını Azərbaycanda daha çox hiss edirik. Bu, gələcəkdə daha böyük problemləmlərə gətirib çıxara bilər. Ona görə də aidiyyatı qurumlar bu məsələdə qüvvələrini birləşdirməli, Azərbaycan təbiətinin biomüxtəlifliyinin qorunması üçün çalışmalıdır",- deyə o söyləyib.

 

Qeyd edək ki, Milli Məclisdə TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının iclası keçirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat