Modern.az

Hesablama Palatası AzTV-də yoxlamalar APARIR

Hesablama Palatası AzTV-də yoxlamalar APARIR

Ölkə

3 Aprel 2023, 13:06

Hesablama Palatası kollegiya qərarına əsasən aprelin 3-dən etibarən "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də (AzTV) audit aparır.

 

Modern.az xəbər verir ki, bu barədə "Report"a Palatadan bildirilib.

 

Qeyd olunur ki, Palatanın həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri barədə məlumatların təqdim edilməsi "Hesablama Palatası haqqında" Qanunun 37-ci maddəsinə uyğun olaraq tənzimlənir və kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə bağlı məlumatlar, onların nəticələrinə dair materiallar Milli Məclisə göndərildikdən sonra verilir

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?