Modern.az

“Togg” elektromobili İlham Əliyevə təqdim ediləcək

“Togg” elektromobili İlham Əliyevə təqdim ediləcək

3 Aprel 2023, 19:22

Türkiyə istehsalı olan "Togg" elektromobili Azərbaycan Prezidenti İlham Əliyevə təqdim ediləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin "Haber Global" telekanalı məlumat yayıb.

 

Bildirilib ki, mərasim sabah, aprelin 4-də baş tutacaq və Türkiyədə istehsal edilən üçüncü "Togg" avtomobili Prezident İlham Əliyevə təhvil veriləcək.

 

Xatırladaq ki, bu gün ilk iki avtomobil Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğana təhvil verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?