Modern.az

Dünənki hadisə planlaşdırılmış təxribat idi - NAZİR

Dünənki hadisə planlaşdırılmış təxribat idi - NAZİR

12 Aprel 2023, 12:56

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə görüş zamanı Azərbaycan və Ermənistan arasında imzalanması gözlənilən sülh müqaviləsini müzakirə edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ceyhun Bayramov həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

 

XİN başçısı vurğulayıb ki, Ermənistanın destruktiv mövqeyi nəticəsində ötən ilin dekabr ayından etibarən Bakı və İrəvan arasında birbaşa təmaslar dayandırılıb.

 

Nazir, həmçinin vurğulayıb ki, Ermənistan təkcə danışıqlardan imtina etmir, eyni zamanda yeni hərbi təxribatlar törədir: “Biz yeni hərbi təxribatların şahidi oluruq. Belə təxribatlardan sonuncusu dünən baş verib. Ötən gün baş vermiş hadisə planlaşdırılmış təxribat idi”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?