Modern.az

Müstəqillik Günü ilə əlaqədar 3 gün iş olmayacaq

Müstəqillik Günü ilə əlaqədar 3 gün iş olmayacaq

Ölkə

17 May 2023, 13:10

28 May Müstəqillik Günü ilə əlaqədar ardıcıl 3 gün iş olmayacaq.

 

Modern.az-ın xəbərinə görə, Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

 

Bu il 28 may bazar gününə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 29 may qeyri-iş günü olacaq. Beləliklə, 27 may da şənbəyə təsadüf etdiyi üçün 3 gün ardıcıl – 27 may, 28 may və 29 may tarixlərində iş olmayacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat