Modern.az

Əlizamin Salayevə hökm oxundu

Əlizamin Salayevə hökm oxundu

Ölkə

22 May 2023, 14:30

Xuliqanlıq əməlində ittiham edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Əlizamin Salayevin məhkəməsi keçirilib.

 

Modern.az xəbər verir ki, Qaradağ Rayon Məhkəməsi onun barəsində hökm oxuyub.

 

Məhkəmənin qərarı ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, Əlizamin Salayev fevralın 7-də saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə (xuliqanlıq - silah və ya silah qisminə əşya tətbiq etməklə) cinayət işi başlanılıb.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat