Modern.az

Naxçıvan Dövlət Miqrasiya Xidməti ləğv edildi - Baş idarə yaradıldı

Naxçıvan Dövlət Miqrasiya Xidməti ləğv edildi - Baş idarə yaradıldı

Ölkə

23 May 2023, 16:58

Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti ləğv edilib.

 

Modern.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”də əksini tapıb.

 

Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 may tarixli 2163 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncamına əsasən Naxçıvan regional miqrasiya baş idarəsi yaradılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?