Modern.az

İlham Əliyev Ali Bonqoya məktub göndərdi

İlham Əliyev Ali Bonqoya məktub göndərdi

Ölkə

17 Avqust 2023, 11:35

"İnanıram ki, birgə səylərimizlə Azərbaycan-Qabon dostluq əlaqələri daha da inkişaf edəcək, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığımız bundan sonra da uğurla davam etdiriləcək".

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qabon Respublikasının Prezidenti Ali Bonqo Ondimbaya bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda yazıb.

 

Qabon Prezidentini və onun simasında bütün xalqını öz adından və Azərbaycan xalqı adından təbrik edən Prezident İlham Əliyev bu əlamətdar gündə Ali Bonqo Ondimbaya ən xoş arzularını çatdırıb, dost Qabon xalqına əmin-amanlıq və rifah diləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?