Modern.az

Latviya Azərbaycana yeni səfir təyin etdi

Latviya Azərbaycana yeni səfir təyin etdi

4 Sentyabr 2023, 17:36

Latviya Azərbaycana yeni səfir təyin edib.

 

Modern.az xəbər verir ki, bu barədə Latviya Xarici İşlər Nazirliyindən bildirilib.

 

Qeyd olunub ki, qeyd edilən vəzifəni Edqars Skuja icra edəcək.

 

E.Skuja indiyədək Latviyanı BMT, ATƏT və digər beynəlxalq təşkilatlarda, həmçinin Avstriya, Estoniya və Rusiyada təmsil edib.

 

Qeyd edək ki, bundan əvvəl Latviyanın Azərbaycandakı səfiri Daynis Qarançs idi.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?