Modern.az

Pensiyalar tam ÖDƏNİLDİ

Pensiyalar tam ÖDƏNİLDİ

Ölkə

15 Sentyabr 2023, 16:44

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə sentyabr ayının pensiya ödənişini yekunlaşdırıb.

 

Nazirlikdən Modern.az-a verilən xəbərə görə, sentyabrın 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələri üzrə sentyabr ayının pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

 

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat