Modern.az

Bu il 46 min nəfərə əlillik təyin edilib

Bu il 46 min nəfərə əlillik təyin edilib

Ölkə

7 Dekabr 2023, 11:34

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 2023-cü ilin yanvar-sentyabr ayları ərzində 45,5 min şəxsə əlillik təyin edib.

 

Bu barədə Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, onlardan 22,6 mininə ilkin, 22,9 mininə təkrar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin olunub.

 

Qeyd olunan dövrdə Agentliyin reabilitasiya müəssisələrində 78,9 min şəxsə reabilitasiya xidmətləri göstərilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?