Modern.az

Bu gün Su ÇƏRŞƏNBƏSİDİR

Bu gün Su ÇƏRŞƏNBƏSİDİR

Ölkə

27 Fevral 2024, 00:58

Bu gün Novruzun ilk çərşənbəsidir.

 

Modern.az xatırladır ki, fevral ayının 27-si ilin ilk çərşənbəsi - Su çərşənbəsi qeyd olunur.

 

Su çərşənbəsi ilə Novruz bayramı üçün hazırlıqlar başlayır. İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi su çərşənbəsi qeyd edilir.

 

Bəzi mənbələrdə ona “əzəli çərşənbə”, “gül çərşənbə” də deyirlər. Bu çərşənbədə suyun dirilməsi özünü göstərir. Qədim inanclara əsasən, bu çərşənbə suya tapınma inancı ilə başlayır. İnanca görə “təzə su”, yəni səhər dan yeri sökülməmiş götürülən köpüklü ağ su min bir dərdin dərmanı sayılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat