Modern.az

Sevdiyi qızı qaçırtdı: özü də həbs edildi, dostu da

Sevdiyi qızı qaçırtdı: özü də həbs edildi, dostu da

Ölkə

23 Sentyabr 2025, 09:17

Bakıda sevdiyi qızı qaçıran gənc oğlana və ona kömək edən dostuna hökm oxunub.

Modern.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvar ayında paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

24 yaşlı F.Abdullayev sevgilisini görüşə çağırıb və əvvəlcədən icarəyə götürdükləri maşına mindirərək başqa yerə aparmaq istəyib. Avtomobili onun yaxın dostu idarə edib.

Qadın qaçırıldığını hiss edən zaman səs-küy salıb və maşından düşmək istəsə də, buna imkan verilməyib. Sonda polis əməkdaşlarının müdaxiləsi ilə o, xilas edilib.

F.Abdullayev özünü təqsirli bilməyib, azad olunduqdan sonra sevgilisi ilə ailə qurmağı planlaşdırdığını deyib. Onun dostu Ülvi də özünü təqsirli bilməyib.

Məhkəmə qərarı ilə qadını qaçırmağa çalışan şəxslərdən biri 8 il, digəri isə 6 il həbs cəzası alıb.

F.Abdullayev Cinayət Məcəlləsinin 29,144.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 8 il həbs verilib. Onun dostu isə eyni maddələrlə 6 il, 9 ay azadlıqdan məhrum edilib.

Elnur Əmirov

Whatsapp
Bizə yazın!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?