Modern.az

Bu ay Ağdam şəhərinə İLK KÖÇ olacaq

Bu ay Ağdam şəhərinə İLK KÖÇ olacaq

Ölkə

3 Noyabr 2025, 15:46

Bu ay keçmiş məcburi köçkünlərin Ağdam şəhərinə ilk köçü baş tutacaq.

Modern.az-a açıqlamasında Milli Məclisin Ağdamı təmsil edən deputatl Aqil Abbas bildirib ki, şəhərdə on minlərlə sakinin yaşaması üçün artıq hər bir sosial şərait yaradılıb.

Deputat qeyd edib ki, rayonda artıq tikinti işləri başa çatdırılıb və bundan sonra da quruculuq işləri daimi proses kimi aparılacaq:

“Yaşayış binaları hazırdır. Özüm də orada olub, yenidənqurma işlərini görmüşəm. İlk köç xeyirli-uğurlu olsun”.

A.Abbasov bildirib ki, əhalinin yerləşdirilməsi ilin sonunadək davam etdiriləcək.  O qeyd edib ki, Ağdam yüz min əhalisi olan böyük şəhər olacaq: “50 metrdən çox eni olan çoxzolaqlı küçə və prospektlər gələcək layihələrdən xəbər verir. Hal-hazırda Ağdamda yeddi zavod fəaliyyət göstərir. Başqa zavodların tikintisi də plandadır. İctimai-iaşə obyektlərinin istifadəyə verilməsi geniş iş imkanları yaradacaq”.

Milli Məclisin üzvü qeyd edib ki, rayonda təsərrüfatın müxtəlif sahələri ilə məşğul olmaq üçün geniş imkanlar var.

Xatırladaq ki, Ağdam şəhəri noyabrın 20-də işğaldan azad edilib.

Cavid Zahidoğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!