Modern.az

Maliyyə naziri əsas hədəfləri AÇIQLADI

Maliyyə naziri əsas hədəfləri AÇIQLADI

Ölkə

4 Noyabr 2025, 11:53

“Növbəti dövrdə qarşımızda duran ana hədəflərdən biri məhz ortamüddətli xərclər və büdcə çərçivəsinin, habelə nəticə əsaslı büdcə proqramının ölkədə tam təmin edilməsidir”. 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadiyyat siyasət, sənayə və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev bildirib. 

“Bu gün büdcənin 12 funksional bölməsindən 4-ü məhz nəticə əsaslı proqram büdcəsi çərçivəsində işlənilir. Növbəti dövrlərdə orta müddətli dövrün sonunda biz düşünürük ki, ən azı 8 funksional bölməmizi əhatə edəcəyik və beləliklə, Azərbaycanın ortamüddətli xərclər çərçivəsindən, ortamüddətli büdcə çərçivəsinə keçidinin böyük ölçüdə təmin edəcəyik” – deyə nazir bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Başqırdıstan vuruldu - Dəhşətli partlayışlar, şəhərlər alov içində