Modern.az

Prezident Qəşəm Nəcəfzadəyə yeni vəzifə verdi

Prezident Qəşəm Nəcəfzadəyə yeni vəzifə verdi

Ölkə

6 Noyabr 2025, 21:08

Şair Qəşəm Nəcəfzadəyə yeni vəzifə verilib.

Modern.az-ın məlumatına görə, o, Azərbaycan Respublikası Audiovizual Şurasının üzvü təyin edilib.

Müvafiq sərəncam oktyabrın 8-də Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanıb.

Qeyd edək ki, Qəşəm Nəcəfzadə 2018-ci ildə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" adına layiq görülüb. O, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, "Uşaq ədəbiyyatı" şöbəsinin rəhbəri, "Azərbaycan" jurnalının poeziya şöbəsinin müdiri, Azərbaycan Respublikası Audiovizual Şurasında ekspert, Azərbaycan Dövlət televiziyasında redaktor və aparıcı və Azərbaycan Teleradio Akademiyasında müəllimdir

Sizə yeni x var
Keçid et
Rusiyaya DƏHŞƏTLİ ZƏRBƏLƏR - Lukoyl partladıldı