Modern.az

Trampla İlham Əliyev arasında maraqlı dialoq: “...niyə dayandınız?”

Trampla İlham Əliyev arasında maraqlı dialoq: “...niyə dayandınız?”

Ölkə

6 Noyabr 2025, 23:44

ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff Azərbaycan Prezidenti İlham Əliyevi “həqiqi dövlət rəhbəri” adlandırıb.

Modern.az xəbər verir ki, Uitkoff bu fikirləri ABŞ administrasiyasının Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması istiqamətindəki səylərindən danışarkən səsləndirib.

Onun sözlərinə görə, 2020-ci il müharibəsindən sonra ABŞ Prezidenti Donald Tramp Azərbaycan lideri ilə 8 avqustda Ağ Evdə keçirilən görüşdə maraqlı sual verib:

“O, dedi: "Niyə dayandınız? Sizin böyük ordunuz var idi, qələbə sizinlə idi".

İlham Əliyev isə bu suala belə cavab verib: “Mən bizdən alınanı (işğal olunmuş ərazilər nəzərdə tutulur - red.) qaytardım. Daha çoxuna ehtiyac yoxdur.”

Uitkoff bu cavabı “müdrik və təmkinli qərar” adlandıraraq bildirib ki, Prezident Əliyev öz davranışı ilə məsuliyyətli və uzaqgörən lider nümunəsi göstərib.

Sizə yeni x var
Keçid et
Rusiyaya DƏHŞƏTLİ ZƏRBƏLƏR - Lukoyl partladıldı