Modern.az

Fuad Nəcəfli Naxçıvanda problemləri həll etmirdi, artırırdı - Partiya sədri

Fuad Nəcəfli Naxçıvanda problemləri həll etmirdi, artırırdı - Partiya sədri

Ölkə

12 Noyabr 2025, 14:12

Prezident İlham Əliyevin sərəncamı ilə Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib.

Digər sərəncamla Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.

Fuad Nəcəfli Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi vəzifəsinə 22 dekabr 2022-ci ildə təyin olunmuşdu.

Fuad Nəcəflinin fəaliyyətinə birmənalı münasibət yox idi. Onunla bağlı bəzi şikayətlər olduğu bildirilir.

Əslən Naxçıvandan olan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Modern.az-a bildirib ki, Fuad Nəcəfli barədə cəmiyyətdə olduqca mənfi rəy formalaşmışdı:

“Naxçıvan həssas bölgə olduğundan orada kadr siyasətinə həssas yanaşmaq lazımdır.  Açığı deyim ki, nə Vasif Talıbovun uzunmüddətli hakimiyyəti dövründə, nə də Fuad Nəcəflinin idarəçiliyi zamanında Naxçıvanda aparılan siyasət o qədər də uğurlu olmayıb. Prezidentin təyin etdiyi səlahiyyətli nümayəndə Fuad Nəcəfli Naxçıvanın  problemlərinin həllinə ciddi bir yenilik gətirə bilməyib, əksinə, mövcud problemlərin bir az da ağırlaşmasına səbəb olub. Fuad Nəcəfli ilə bağlı camaat arasında olduqca mənfi fikirlər vardı. Demək olar ki, o fikirlərin əsas mahiyyəti onun Naxçıvanı ümumiyyətlə idarə etməməsi ilə bağlı idi. Naxçıvanada sosial-iqtisadi vəziyyət ağırlaşıb, iş yerləri açılmayıb, özbaşınalıqlar olub və s. Muxtar respublikada hakimiyyət əyləncəyə çevrilib. Bununla bağlı biz özümüz də dəfələrlə məlumat vermişik. Çox güman ki, vəziyyət o qədər ağır olub ki, Prezident bu sərəncamı imzalayıb”.

Partiya sədri onu da vurğulayıb ki, Naxçıvana siyasi cəhətdən həddən artıq yetkin, xalq arasında nüfuzu olan, insanlarla işləməyi bacaran rəhbər lazımdır.
Naxçıvan Muxtar Respublikasın bu gün təyin olunan yeni səlahiyyətli nümayəndə - Ceyhun Cəlilova gəldikdə, heç nə deyə bilmərəm. Hər halda qısa müddətdə onun da kimliyi bilinəcək. İndiyə qədər hakimiyyətdə olubsa, bu gün də Naxçıvandakı idarəetmə xalqı kifayət qədər narazı salırdısa, deməli, o adam da bir o qədər yeilik gətirə bilməyəcək. Çünki o komandada olarkən heç bir müsbət addım atmayıbsa, yeni situasiya yaratmaq imkanına malik deyil. Yaşayıb görərik. Bəlkə doğrudan da, elə bir adamdır ki, orada ciddi dəyişikliklərə gətirib çıxaracaq, xalqı narazı salan faktorları aradan qaldıracaq, gözləyək”.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyə təyyarəsinə kənar müdaxilə ehtimalı...- ŞOK DETALLAR