Modern.az

Ümid edirəm, Sizi gələn il Azərbaycanda görəcəyəm - İlham Əliyev

Ümid edirəm, Sizi gələn il Azərbaycanda görəcəyəm - İlham Əliyev

Ölkə

9 Dekabr 2025, 16:02

"Biz tərəfdaşlığımızın müxtəlif sahələrində fəal çalışırıq və əminəm ki, rəsmi səfərim işbirliyimizə əlavə təkan verəcək".

Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bratislavada rəsmi ziyafətdə deyib.

"Biz Slovakiyada dostları, mehribanlığı, hörməti görürük və Sizin xalqınıza, hökumətinizə, Slovakiya dövlətinə eyni hisslər bəsləyirik. Mən, cənab Prezident, tərəfdaşlığımıza verdiyiniz bütün töhfələrinizə görə təşəkkürümü bildirmək istəyirəm. Mən Sizi Prezident kimi rəsmi səfərə dəvət etmək istərdim. Siz həm Baş nazir, həm Parlament spikeri kimi bizə səfər etmisiniz, lakin Prezidentin rəsmi səfərinin, əlbəttə ki, xüsusi statusu var. Ümid edirəm, Sizi gələn il Azərbaycanda görəcəyəm".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyada DƏHŞƏTLİ təyyarə qəzası - Sağ çıxan olmadı