Modern.az

Ədliyyə Akademiyasının yeni rektoru kimdir? - DOSYE

Ədliyyə Akademiyasının yeni rektoru kimdir? - DOSYE

Ölkə

10 Dekabr 2025, 17:49

Prezident İlham Əliyev Şahin Əliyevi Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edib.

Digər sərəncamla Rövşən Rəhim oğlu İsmayılov Ədliyyə Akademiyasının yeni  rektoru təyin edilib.

Modern.az saytı yeni rektorun dosyesini təqdim edir:

Rövşən Rəhim oğlu İsmayılov 1971-ci il mayın 8-də Bakı şəhərində anadan olub.

1994-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

1994-cü ildən BDU-nun Konstitusiya hüququ kafedrasında müəllim, 2006-cı ildən dosentdir.

1995-ci ildə qəbul olunmuş Azərbaycan Konstitusiyasının Hazırlanması Komissiyasının işçi qrupunun üzvü olub.

2000-ci ildə Odessa Milli Hüquq Akademiyasında hüquq elmləri namizədi alimlik dərəcəsi alıb. Elmi işinin mövzusu “Azərbaycan Vətəndaşlıq İnstitutu” olub.

1996-2001-ci illərdə Avropa İnsan Hüquqları Mərkəzi (Bakı) Şurasının üzvü olub.

1997-ci ilin fevralından 2003-cü ilə kimi Xəzər Universitetində müəllimi işləyib.

2002 və 2005-ci illərdə ABŞ-nin İndiana Universitetində elmi məzuniyyətdə olub, orada tədqiqat aparıb.

2006-cı ilin fevral ayında Milli Məclisin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü təyin olunub.

2008-2017-ci illərdə Avropa Şurasının İrqçilik və Dözümsüzlüyə qarşı Komissiyasının (ECRI) üzvü olub.

22 iyun 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub. 2017-ci ildən Avropa Şurası Venesiya Komissiyasının üzvüdür.

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı (27 may 2019-cu il), Azərbaycanın əməkdar hüquqşünası (10 iyul 2018-ci il) fəxri adı, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı (02 fevral 2024-cü il) ilə təltif olunub.

A.Qorxmaz

Sizə yeni x var
Keçid et
Hafiz Hacıyevdən DƏHŞƏTLİ FAKTLAR - Kərimli Elçibəyi necə zəhərləyib? -