Modern.az

Rafael Hüseynovun məsələsi qapanıb! - VHP-dən AÇIQLAMA

Rafael Hüseynovun məsələsi qapanıb! - VHP-dən AÇIQLAMA

Ölkə

13 Dekabr 2025, 09:59

Milli Məclisin sədr müavini Rafael Hüseynovun Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) istefa verdiyi barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.

Bunu Modern.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli bildirib.

O, qeyd edib ki, Rafael Hüseynovun nə istefa ərizəsi daxil olub, nə də belə bir niyyətinin olduğunu düşünmək üçün hər hansı əsas mövcuddur:

"Bu cür iddialar reallıqdan uzaqdır və mümkün hesab edilə bilməz. Rafael Hüseynovla bağlı məsələ partiyadaxili xarakter daşıyır və ictimai müstəvidə şişirdiləcək bir mövzu deyil. Partiya nizamnaməsinə uyğun olaraq daxili intizam tədbiri görülüb və məsələ bununla da başa çatıb. Baş verənlərlə bağlı mətbuatda yayılan məlumatlar təəssüf doğurur. Ona görə ki, hadisələr şişirdilmiş və təhrif olunmuş formada cəmiyyətə təqdim edilir. Sanki məqsədli şəkildə süni konflikt və qarşıdurma görüntüsü yaradılmağa çalışılır. Halbuki əslində heç bir konflikt və ya qarşıdurma mövcud deyil. Bu məsələ VHP-nin nizamnaməsi çərçivəsində müzakirə olunub. Azərbaycan siyasi sistemində monolitliyi və daxili intizamı ilə seçilən Vətəndaş Həmrəyliyi Partiyası bu məsələni tam qapanmış hesab edir.

Digər tərəfdən, sizin sayt tərəfindən də belə bir məlumat yayılıb. Qeyd etmisiniz ki, Rafael Hüseynovla əlaqə saxlamaq mümkün olmayıb. Amma Rafael bəy tərəfindən istefa ilə bağlı VHP-yə hər hansı müraciət daxil olmayıb".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?