Modern.az

İşdən çıxarılan eks-nazir müavini yeni vəzifəyə APARILIR

İşdən çıxarılan eks-nazir müavini yeni vəzifəyə APARILIR

Ölkə

28 Yanvar 2026, 10:58

Dünən kənd təsərrüfatı nazirinin müavini vəzifəsindən azad edilən Sarvan Cəfərovla bağlı yeni təyinat gözlənilir.

Bu barədə Modern.az-a hökumətdəki mənbə bildirib.

Əldə etdiyimiz məlumata görə, Sarvan Cəfərovun yüksək vəzifəyə təyinatı məsələsinə baxılır.

Qeyd edək ki, S.Cəfərov 2009-2012-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsində məsləhətçi işləyib.

2012-2018-ci illərdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində sədrin köməkçisi olub.

2018-ci iln aprel ayından 2019-cu ilin noyabr ayına qədər Kənd Təsərrüfatı Nazirliyində nazirin köməkçisi işləyib.

2019-cu ilin noyabrından 2020-ci ilin martına kimi nazirin müşaviri postunu tutub.

2020-ci ilin mart ayından iyul ayına kimi Kənd Təsərrüfatı Nazirliyində Aparat rəhbəri vəzifəsində işləyib.

2020-ci il iyulun 30-da Prezidentin sərəncamı ilə kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib. 
2026-cı il yanvarın 27-də kənd təsərrüfatı nazirinin müavini vəzifəsindən azad edilib.

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır