"Nikolas Maduro və həyat yoldaşı ABŞ-yə aparılmasına baxmayaraq, konstitusiyamıza uyğun olaraq, daxildə və xaricdə olan bütün işlərimiz yerində qalır".
Bu barədə Venesuelanın Azərbaycandakı səfiri cənab Kristofer Alberto Martinez Modern.az-a açıqlamasında deyib.
Səfir fəaliyyətlərini 2026-cı il planına uyğun olaraq davam etdirdiklərini əlavə edib. Hadisələrlə bağlı 120-dən çox ölkədən dəstək aldıqlarını deyən diplomat dəstək verən ölkələr arasında ilk sırada Rusiya, Belarus, İran, Türkiyə və Çinin adını qeyd edib.
Kristofer Alberto Martinez hazırda Azərbaycanda yaşayan venesuelalılar barədə də sualı cavablandırıb.
"Azərbaycanda 18 nəfər Venesuela vətəndaşı yaşayır. Onların hamısı özəl şirkətlərdə çalışırlar. Onların əksəriyyəti neft şirkətlərində çalışırlar. Venesuelada neftlə bağlı təhsil yüksək səviyyədədir. Venesueladan yüksək ixtisaslı kadrlar çıxır", - o deyib.