Modern.az

5 nəfər valideynlik hüququndan məhrum edilib, 6 iş məhkəmədədir

5 nəfər valideynlik hüququndan məhrum edilib, 6 iş məhkəmədədir

Ölkə

28 Yanvar 2026, 16:40

Ötən il valideynlik vəzifələrini yerinə yetirməyən, tüfeyli həyat tərzi keçirən, həmçinin zərərli vərdişləri ilə əlaqədar himayələrində olan azyaşlı uşaqlarının həyatlarını təhlükəyə atan valideynlərə qarşı valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı 11 mülki iddia (16 uşağın 14 valideyni barəsində) qaldırılıb.

Modern.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda 2025-ci ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə dair geniş Kollegiya iclasında məlumat verilib.

Məlumata görə, həmin iddiaların 5-i təmin edilib, 6 iş hazırda məhkəmə baxışındadır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır