Modern.az

General rütbəsi alan gömrükçülər kimdir? - DOSYE

General rütbəsi alan gömrükçülər kimdir? - DOSYE

Ölkə

29 Yanvar 2026, 17:46

Bugün Prezident İlham Əliyev Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin 3 əməkdaşına “Gömrük xidməti general-mayoru” ali xüsusi rütbəsi verilib.

Bu ali rütbəyə  Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Fuad Elxan oğlu Məmmədov, Gömrük Komitəsinin Rəqəmsal İdarəetmə Baş İdarəsinin rəisi Fuad Mikayıl oğlu Aslanov və Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Bahadur oğlu Ramazanov layiq görülüb. 

Modern.az Prezidentin etimad göstərdiyi həmin gömrük generallarının dosyesini təqdim edir:

Fuad Məmmədov 1992-ci ildə Bakı şəhərində anadan olub. O, 2008-2012-ci illərdə  Bakı Dövlət Universitetinin Gömrük işinin təşkili ixtisası üzrə bakalavr təhsili alıb. 2012-2013- cü illərdə hərbi xidmətdə olan F.Məmmədov Silahlı Qüvvələrin 95-ci ilinə həsr olunmuş paradda iştirakına görə yubiley medalı ilə də təltif edilib.

2013-2015-ci illərdə Bakı Dövlət Universitetində Gömrük işi ixtisası üzrə magistr təhsili aldıqdan sonra 2017-2020-ci illərdə Dünya iqtisadiyyatı ixtisası üzrə doktorantura təhsilinə yiyələnib.

2015-ci ildə gömrük orqanlarına xidmətə qəbul müsabiqəsində  yüksək nəticə əldə edərək Xaçmaz Gömrük İdarəsinin inspektoru təyin edilən F.Məmmədov 2016-2018-ci illərdə - Dövlət Gömrük Komitəsinin Akademiyasında müəllim kimi fəaliyyət göstərib.

2017-2022-ci illərdə  Azərbaycan Dövlət İqtisad Universitetinin "Sabah" qrupları və "Beynəlxalq İqtisad Məktəbi"ndə tədris prosesində iştirak edib.

2018-2021-ci illərdə Komitə aparatının Gömrük tarifləri və tarif təsnifatının tətbiqi şöbəsinin böyük inspektoru vəzifəsində işləyən F.Məmmədov 2022-2023 -cü illərdə həmin şöbənin rəisi olub. Daha sonra, yəni 2023-2024- cü illərdə Gömrük Siyasəti Baş İdarəsinin Ticarət Siyasəti İdarəsinin rəisi vəzifəsində işləyib.

2024-cü ildə o, Komitənin Ümumdünya Gömrük Təşkilatındakı (Belçika Krallığında) nümayəndəsi (gömrük attaşesi) təyin edilib.

2021-ci ildən etibarən Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzvolma danışıqlarında Komitəni təmsil edir.

Azərbaycan Respublikası Prezidentinin 12 mart 2025-ci il Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib.

F.Məmmədov rus və ingilis dillərini sərbəst bilir. Ailəlidir, 1 övladı var.

Fuad Mikayıl oğlu Aslanov 1979-cü ildə Bakı şəhərində anadan olub. O, 1996-2000-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Kompyuter Elmləri ixtisası üzrə təhsil almışdır. ADNA-nı bitirdikdən sonra, 2006-2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin magistratura pilləsinə daxil olub və Biznesin İdarəolunması ixtisası üzrə təhsil alıb. Eyni zamanda 2017 - 2019-cu illərdə ABŞ Çikaqo Universitetinin Biznesin İdarəolunması ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.

2000 - 2002-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında rabitə tağımının komandiri vəzifəsində xidmət edən Fuad Aslanov 2009 - 2018-ci illərdə PAŞA Bankda, 2018 - 2020-ci illərdə Veysəloğlu şirkətlər qrupunda mühüm postlarda çalışıb, 2020 - 2021-ci illərdə Dövlət Vergi Xidmətində Rəqəmsal Vergi İnzibatçılığı Baş İdarəsinin rəisi əvəzi, 2021- 2022-ci illərdə (eManat) “Modern Group”da İnformasiya İşləri üzrə baş direktor vəzifəsində çalışıb.

2022-ci il 13 sentyabr tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müvafiq əmrinə əsasən Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

İngilis, Rus və Türk dillərini əla səviyyədə bilir, evlidir və iki övladı var.

Elmir Ramazanov 1988-ci ildə Bakıda anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatin huquqi tənzimlənməsi fakültəsini bitirib. 2022-ci ildə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsinə daxil olub.

Əmək fəaliyyətinə ixtisasına uyğun olaraq Vergilər Nazirliyində başlayıb. 2012-ci ildən vergi sistemində inspektor vəzifəsindən başlamaqla müxtəlif postlarda çalışıb. Nəticədə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin rəis müavini vəzifəsinə qədər yüksəlib.

Dövlət Gömrük Komitəsi sədrinin 2022-ci il 15 avqust tarixli əmri ilə Bakı Baş Gömrük İdarəsinin rəis müavini təyin edilib.

Ailəlidir, bir övladı var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır