Modern.az

"Mama", "falan", "papa", "prosto" - Azərbaycan efirlərində ən çox işlənən varvarizmlər

"Mama", "falan", "papa", "prosto" - Azərbaycan efirlərində ən çox işlənən varvarizmlər

Ölkə

30 Yanvar 2026, 13:40

2025-ci ilin dekabr ayı ərzində ümumölkə verilişi və peyk yayımında olan televiziya kanallarının efirində rast gəlinmiş Azərbaycan dilində qarşılığı olan xarici sözlərin statistikası çıxarılıb.

Məlum olub ki, bu sözlərdən efir zamanı 2839 dəfə istifadə edilib.

Modern.az xəbər verir ki, sözügedən ifadələri aparıcılar 1366 dəfə, qonaqlar isə 1473 dəfə işlədib.

Ən çox işlədilən ifadələr sırasında “tamam”, “mama”, “falan”, “okey”, “papa” kimi sözlər önə çıxıb. Bununla yanaşı “viral”, “baskı”, “camia”, “abi”, “hoca”, “tema” və “yorum” kimi sözlərin də efirdə tez-tez səsləndirildiyi qeyd olunur. Sosial şəbəkə terminləri olan “layk” və “stori” ifadələri, eləcə də “error”, “prosto”, “konum”, “kalendar” kimi sözlər də siyahıda yer alıb.

Siyahını və sözlərin işlənmə sayını təqdim edirik:

“tamam” — 734

“mama” — 573

“falan” — 459

“okey” — 161

“papa” — 134

“viral” — 122

“baskı” — 111

“camiə” — 76

“abi” — 65

“hoca” — 53

“tema” — 46

“layk” — 41

“yorum” — 33

“prosto” — 31

“konum” — 27

“kalendar” — 26

“sorun” — 22

“aşk” — 18

“stori” — 17

“olğun” — 17

“ilgilənmək” — 14

“error” — 9

“eski” — 9

“droj” — 9

“dışlanmaq” — 7

“parti” — 6

“anne” — 4

“otkaz” — 4

“bəlirli” — 4

“follou” — 3

“komple” — 2

“şarkı” — 1

“rentabelniy” — 1

Qeyd olunur ki, monitorinq zamanı filmlər, seriallar, tamaşalar və xarici vətəndaşların iştirakı ilə olan çıxışlar nəzərə alınmayıb. (Mənbə: Olay.az)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır