Modern.az

İlham Əliyevin təltif etdiyi gənclər KİMDİR...

İlham Əliyevin təltif etdiyi gənclər KİMDİR...

Ölkə

30 Yanvar 2026, 21:39

Bu gün Prezident İlham Əliyev 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən bəzi şəxslərə 2026-cı il Gənclər üçün Prezident mükafatları verilib.

Modern.az xəbər verir ki, təltif olunan gənclərdən biri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təlimçisi, II dərəcə əlilliyi olan görmə məhdudiyyətli ifaçı Səməd Novruzovdur.

Təltif olunan Gülbağda Leysanova-Hacıyeva “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiridir. BDU-nun SABAH qruplarının məzunu olan Lamiyə Məmmədova isə hazırda Qarabağ Universitetində çalışır.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Mexanika kafedrasında müəllimi Mahmud İsmayılov da təltif olunanlar arasındadır. O, həmçinin “TEKNOFEST Azərbaycan robototexnika” yarışının qalibi, IDDA & KOICA proqramının ən yaxşı təlimçisi, 13 elmi məqalə müəllifidir. 

Elmina Həsənova 2024-cü ildə Hindistanın Mumbay şəhərində keçirilən mötəbər beynəlxalq opera ifaçılığı müsabiqəsində “Operalia” müsabiqəsində ikinci yerə çıxıb və “Pepita Embil” mükafatına layiq görülüb. 

Təltif olunan gənclərdən Leyla Həsənova Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Baş katibi, Sərxan Ağadadaşov isə Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasının “Pilotsuz uçuş aparatları” qrupunun qrup rəhbəridir.

Azərbaycanın gənc opera müğənniləri nəslinin nümayəndələrindən biri olan Mahir Tağızadə də təltif olunanlar sırasındadır. O, güclü bariton və zəngin səhnə ifaçılığı ilə həm ölkə daxilində, həm də xaricdə tanınır.

Fotoda: Leyla Həsənova 

Fotoda: Mahir Tağızadə

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır